Modern.az

Deputat tələbələr üçün müsabiqə elan etdi

Deputat tələbələr üçün müsabiqə elan etdi

Aktual

29 Mart 2012, 11:39

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi davam edir.

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənir. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda məqalə yazan tələbələrin yazıları Modern.az saytında yerləşdirilir. Sonra Modern.az saytı həmin yazıları deputata təqdim edir. Deputat isə öz növbəsində həmin yazılar içərisində ən yaxşı hesab etdiyini seçir. Ardınca ən yaxşı yazı müəllifləri ilə deputatın görüşü keçirilir. Görüşdə deputat qalib tələbəyə mükafat verir. Eyni zamanda 3 yaxşı yazıya həvəsləndirici mükafat verilir. Deputatla görüşdə isə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şəraiti yaradılır.

Artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva layihədə iştirak ediblər və qalib tələbələri mükafatlandırıblar.

Layihə bu dəfə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın verdiyi mövzu ilə davam edir.

Millət vəkili üçün yaradıcı gənclər maraqlıdır. Deputat saytımıza bildirib ki,  “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusu onun üçün xüsusilə əhəmiyyətlidir: “Bu istiqamətdə tələbələrin düşüncələrərini, təkliflərini diqqətlə izləyəcəm. Bu, çox həssas məsələdir. Bütün dövürlərdə belə gənclərə ehtiyac duyulub. Odur ki, biz yaradıcı, intellectual gənclərin daha da inkiçafına çalışmalıyıq”.

Qeyd edək ki, hər bir mövzuyla bağlı 15 gün vaxt verilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr mövzu elan olunduqdan sonra 15 gün müddətində yazılarını [email protected] elektron poçtuna, 4908847 faks nömrəsinə, yaxud poçt vasitəsilə Bakı şəhəri, Şahin Mustafayev küçəsi 27/121 ünvana göndərə bilərlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı