Modern.az

“Azərsu” tenderin qalibini elan etdi

“Azərsu” tenderin qalibini elan etdi

Aktual

29 Mart 2012, 16:34

Azərbaycan Hökumətinin və Dünya Bankının birgə  maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində tikinti işlərinə məsləhət xidmətinin göstərilməsi üçün şirkətin cəlb edilməsi məqsədi ilə keçirilmiş tenderin qalibi Almaniyanın “p2mberlin GmbH” şirkəti olub.
Bu barədə Modern.a-a “Azərsu”yun  ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Martın 29-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə  Almaniyanın “p2mberlin GmbH” şirkəti arasında məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb. İmzalanma mərasimində “Azərsu” ASC sədrinin sərmayələr və marketinq üzrə müavini İlqar Tağıyev Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurlması layihələri barədə məlumat verərək bu sahədə  beynəlxalq təşkilatlar və xarici şirkətlərlə geniş əməkdaşlıq edildiyini bildirib. “p2mberlin GmbH” şirkətinin icraçı direktoru Heiko Bohnhorst rəhbərlik etdiyi şirkətin məsləhət xidmətləri sahəsində böyük təcrübəsinin olduğunu vurğulayaraq Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdən məmnun olduqlarını bildirib. Müqaviləyə əsasən  məsləhətçi şirkət tikinti üzrə podrat təşkilatlarının işlərinə nəzarət edərək məsləhət xidmətləri göstərəcək. Layihələrin hazırlanması, qiymətləndirilməsi  və icrasının düzgünlüyü,  tenderlərin keçirilməsi, ödəniş və hesablaşma məsələlərində məsləhətçi şirkətin xidmətlərindən istifadə olunacaq.  

Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən  qurulması nəzərdə tutulur.  
Modern.az
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı