Qəbələdə indi 5 ulduzlu otellər var, bu bölgə az qala, dünya səviyyəli istirahət mərkəzinə çevrilməkdədir. Amma Qəbələ bələdiyyəsi mehmanxana rüsumlarını yığa bilmir. Lənkəran kimi yerdə bələdiyyə küçə reklamlarının ödənişini toplaya bilmir. Bələdiyyələrin maliyyə durumları, problemlər və onların səbəbləri barədə bu gün Avrasiya Əməkdaşıq Fondunun təşəbbüsü ilə keçirilən tədbirdə müzakirə açıldı.
Fondun “Bələdiyyə xidmətində şəffaflıq” proqramının məsləhətçisi Abil Bayramov bələdiyyələr üçün yaradılan indikatorlar sistemindən danışdı. Həmin sistemin köməyilə hazırlanan hesabatları təqdim edən ekspert bildirdi ki, indikatorlar bələdiyyələrə öz işlərini daha effektiv qurmağa, digər bələdiyyələrlə müqayisə aparmağa imkan verəcək. Məsələn, indikatorlar sisteminin köməyilə yığılan məlumatlar göstərir ki, Mingəçevir, Siyəzən və Qəbələdə bələdiyyələrə fiziki şəxslərdən əmlak vergisi toplaya bilmir: Halbuki, bəzi rayonlarda 8-10 min manat bu vergidən gəlir var. Məgər, adları çəkilən rayonlarda əmlak yoxdur? Əlbəttə, elə deyil. Deməli, hansısa bələdiyyədə məsələyə yanaşma tərzi fərqli olub. Odur ki, bələdiyyələr öz təcrübələrini paylaşmalıdırlar”.