Modern.az

Avronest PA-nın ikinci sessiyasının proqramı açıqlanıb

Avronest PA-nın ikinci sessiyasının proqramı açıqlanıb

Aktual

29 Mart 2012, 18:14

Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının proqramı açıqlanıb. Bu barədə Modern.az saytına məlumat verən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, Avronest PA-nın Bakıda keçiriləcək ikinci sessiyası aprelin  2-dən 4-ə kimi davam edəcək.

“Əvvəlcə Avropa Parlamenti katibliyinin, Avronest PA-nın katiblərinin iclası keçiriləcək. Bundan sonra Avronest PA-nın ikinci növbəti sessiyasının Bakı iclası öz işinə başlayacaq və təbii ki, bu Milli Məclisdə keçiriləcək”.

A.Təvəkküloğlu bu müddət ərzində nümayəndə heyətlərinin bir sıra tədbirlərdə də iştirak edəcəyini qeyd edib.

“Onlar eyni zamanda Fəxri Xiyaban, Şəhidlər Xiyabanı ziyarət edəcəklər. Bundan başqa bu zaman zərfində bir sıra komitələrin də iclası keçiriləcək”.

Akif Təvəkküloğlu sonda Avronest PA-nın həmsədrlərinin yekun mətbuat konfransının keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı