Müdafiə Nazirliyi Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələnən cinayət hadisəsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib, sonra isə özünü öldürüb. Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki də əsgər yaralanıb. Onların vəziyyəti kafidir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Modern.az