Modern.az

Sabah sınaq imtahanları keçiriləcək

Sabah sınaq imtahanları keçiriləcək

Aktual

30 Mart 2012, 11:15

Təhsil Nazirliyi martın 31-də  və aprelin 1-də  ümumi orta (IX sinif) və tam orta təhsil (XI sinif) səviyyələri üzrə yoxlama (sınaq) imtahanları keçiriləcək.  Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına bildirilib ki, imtahanlar  Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında keçiriləcək.

Qeyd edək ki, sınaq imtahanı IX siniflərdə Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçiriləcək.

 

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!