Modern.az

Ərdoğan Xamneyi ilə görüşdə mesaj verdi: “İran üçün bu dövr tez başa çata bilər”

Ərdoğan Xamneyi ilə görüşdə mesaj verdi: “İran üçün bu dövr tez başa çata bilər”

Aktual

30 Mart 2012, 15:14

Xamneyi : “Suriyada başlayan islahatalar davam etməlidir”

“Türkiyənin hazırda əsas qüdrətli müsəlman ölkəsi olması Amerikanın marağında deyil”. Modern.az İRNA agentliyinə istinadən bildirir ki,  bu sözləri İranın ali dini lideri Əli Xamneyi Türkiyənin baş naziri Ərdoğanla görüşündə deyib. Ali dini liderin sözlərinə görə, Türkiyənin müstəqil mövqeyinin olması  nə Qərbə, nə də Amerikaya sərf eləyir və  bu həmin dövlətləri narahat edəsi həddədir.

Xamneyi dünyanın aparıcı dövlətlərinə, xüsusilə ABŞ-a işarə edərək  bildirib ki, “amerikalılar heç bir millətin müstəqil ölkə olması ilə  razılaşmırlar”. İran rəhbəri onu da əlavə edib ki, hazırki vəziyyətdə əsas məsələ müstəqil dövlətlərin doğru qərarlar qəbul etməsidir.

Suriya məsələsinə  toxunan Xamneyi deyib ki, İran Suriyadakı islahatları dəstəkləyir. Onun sözlərinə görə, Suriyada başlayan islahatalar davam etməlidir.

Baş nazir R.T.Ərdoğan öz növbəsində İran və Türkiyənin tarixi əlaqələrindən  danışıb. Regiondakı son hadisələrlə bağlı danışan baş nazir  bu dövrün də sona çatacağına ümidvar olduğunu bildirib.        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı