Modern.az saytının məlumatına görə, sabah Yakın Doğu Universitetinin azərbaycanlı tələbələri 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Şimali Kiprdəki Heydər Əliyev adına küçədə toplaşacaqlar.
Tələbələrin verdiyi məlumata görə, soyqırımı qurbanlarının anım günündə təşkil ediləcək yürüşdə erməni vəhşiliyinə etiraz səslərini ucaldaraq, bunu dünyaya bəyan edəcəklər.
”Bir neçə gündür biz -universitetin tələbələri yürüşə hazırlıq görürük, aksiyanın yüksək səviyyədə təşkil olunmasına çalışırıq”-deyə Yakın Doğu Universitetinin azərbaycanlı tələbələri Modern.az-a bildiriblər.

