“Qubada Soyqırımı Muzeyinin tikintisi 2013-cü ilə qədər başa çatacaq”. Bu barədə Modern.az saytına Quba-Qusar seçki dairəsinin Milli Məclisdəki təmsilçisi, deputat Yevda Abramov bildirib. O, qeyd edib ki, kütləvi məzarlıqda soyqırıma məruz qalmış soydaşlarımızın sümüklərini həmişəlik açıq şəraitdə saxlamaq mümkün deyil:
“Burada sümüklərin erroziyaya uğramasının qarşısını almaq üçün daimi olaraq dərmandan istifadə etmək belə buna kömək edə bilməz. Bunu dünyanın müxtəlif ölkələrinindən gələn mütəxəssislər də təsdiqləyirlər. Ora daim nəm olan bir yerdir”.
Deputat onu da deyib ki, sümüklərin saxlanılması siyasi cəhətdən gərəkli olsa da, şəriət qaydalarına görə düzgün deyil: “Muzey elə quraşdırılacaq ki, bu məzarlıqlar burada daim nümayiş etdiriləcək”.
Modern.az