Modern.az

Etibar Məmmədovun ad günüdür: 57 yaşını qeyd edir

Etibar Məmmədovun ad günüdür: 57 yaşını qeyd edir

Aktual

2 Aprel 2012, 11:14

Modern.az saytının məlumatına görə, bu gün Azərbaycannın tanınmış siyasi xadimi, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun ad günüdür.

Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olub. Hələ çox kiçik yaşlarından siyasətə marağı olan Etibar Məmmədov 1973-cü ildə Azərbaycan Dövlət  Unversitetinin Tarix fakwltəsinə daxil olur. Burada eks-prezident Əbülfəz Elçibəyin tələbəsi olur və bu amil onun siyasi fəaliyyətinə təkan verir. Belə ki o Əbülfəz bəyin yaratdığı qruplardan birinə üzv olur və bununla da mübarizə dolu bir həyata qədəm qoyur. Hələ universitetdə təhsil alarkən Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazır və bu yazıya gorə universitetdən xaric edilir. Bir çox çətinliklərdən sonra o yenidən universitetə bərpa edilir və 1978-ci ildə bu ali təhsil ocağını bitirir.

Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi alıb..

Etibar Məmmədov Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. O, 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılıarından biri olub və partiyanın ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb.

1986-cı ildə ailə həyatı quran Etibar bəyin 2 oğlu, 1 qızı var.






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı