Modern.az

Övladlarınızı kəşf edin!

Övladlarınızı kəşf edin!

Aktual

2 Aprel 2012, 11:47

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Əslində insan dünyaya gələndə yaradıcılıq ruhu ilə birgə doğulur. Yaşa dolduqca və inkişaf etdikcə onun yaradıcılıq qabiliyyəti də, maraqları da getdikcə formalaşır. Bu maraqların kəşf edilməsində və istiqamətləndirlməsində  valideynlərin böyük rolu olur. Övladlarının hansı sahəyə meyli olmasına görə onların  yetişməsinə yardımçı olurlar.

Bəs görəsən, valideynlər övladlarının istedadını necə üzə çıxara bilirlər, bunu necə müəyyənləşdirə bilirlər?

Uşaqları kəşf etməkdə validyenlərə, ilk növbədə, uşaq bağçaları   kömək edir. Belə ki, tərbiyəçilər vasitəsi ilə uşaqların dünyagörüşü, təhsilə olan maraqları artmış olur. Valideynlər və müəllimlər həmin maraqları düzgün istiqamətləndirəndə faydalı olur.

Zaman keçir və  məktəb illəri başlayır. Uşaqlar məktəbdə təhsil aldıqca onlarda arzular yavaş-yavaş böyüməyə başlayır. Burada da müəllimlər vasitəsilə validyenlər uşaqlarını kəşf etməyə nail olurlar. Yəni uşağın formalaşması ailədən başlayıb, bağça və məktəblə davam edir. Gənclərin cəmiyyətdə öz yerlərini tutmağı bacarmasında bunların xüsusi rolu var. Odur ki, yaradıcı bir gəncin formalaşdırılmasında  müəllimlərin və valideynlərin üzərinə böyük yük düşür.

Uşaqlar tərbiyə aldıqca, savadları artıdca onların dünyagörüşləri və həyata baxış tərzləri də mükəmməlliyə doğru yol alır. Təhsil aldıqca daha da kamilləşir və perespektivli bir yeniyetmə olaraq özünə və cəmiyyətə faydalı olur. Ancaq bəzən insanın yaradıcı olaraq formalaşmasına təsadüfi əngəllər mane olur. Bəzən ailələr öz övladlarındakı istedadı   kəşf edə bilmirlər. Belə ki, bəzən uşaq və gənclər öz arzuladıqları kimi hərəkət etmirlər. Onlar valideynlərini sevindirmək üçün öz arzularının üzərindən xətt çəkir, valideynlərinin onları görmək istədiyi sahəyə meyllənirlər. Beləliklə də, yetişməkdə olan bir gəncin yaradıcılığı məhv olur. Halbuki, valideynlər düşünməlidirlər ki, uşaqları öz istədikləri sahə üzrə ali təhsil alsalar gələcəkdə yaradıcı bir şəxsiyyət kimi yetişəbilərlər. 

Gənclərin yaradıcı olaraq formalaşmasına əngəl törədən  səbəblərdən biri də onların ali məktəbə qəbul olub maddi imkansızlıq üzündən təhsil ala bilməməsidir. Bundan başqa, beynəlxalq yarışlara dəvət alıb, eyni səbəbdən   iştirak edə bilməyən gənclərin də sayı az deyil. Buna görə də,  belə gənclərə güzəştli paketlər təqdim olunmalıdır. 

Sevindirici haldır ki, bu gün ölkəmizdə yaradıcı və istedadlı gənclərə cənab prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı var. Dövlətimizin istedadlı gənclərə Dövlət təqaüdlərinin verməsi kimi addımların atılması yaradıcı   gəncləri daha da həvəsləndirir, onlara stimul verir. 

Xaricdə təhsil aldığım üçün üzləşdiyim  bir vəziyyəti nəzərinizə çatdırmaq istərdim. Deməli, burada  əgər dərslərini yaxşı oxuyursansa, oxuduğun ölkə səni təhsil haqqından azad edir. Eyni zamanda, pulsuz olaraq yataqxana və yeməklə təmin edilir, hətta təqaüd də verir. Oxuduğun müddətdə bunu qoruyub saxlaya bilmirsənsə, bunlardan məhrum olunursan. Nəticədə tələbələr bir-birləri ilə rəqabətə girmiş olur və daha yüksək nəticələr göstərməyə çalışırlar. Bu da yaradıcı gənclərin formalaşmasına çox böyük səbəb olur. Oxuduğum ali məktəbdə tələbələr göstərdikləri ictimai fəallığa görə də qiymətləndirilirlər.

Bu yaxında mən də ictimai fəallığıma görə universitemizin rektoru tərəfindən Yüksək Şərəf Təqaüdünə layiq görüldüm. Fərəh hissi ilə söyləmək istərdim ki, 1979-cu ildən yaradılan bu universitetdə  bu adı qazanan ilk tələbə mənəm. Buna görə çox sevindim. Bu da ailəmə böyük dəstəkdir. Arzu edərdim ki, ölkəmizdə də bu cür addımlar atılsın.

Fürsətdən istifadə edib yaşıdlarıma demək istərdim ki, mən heç vaxt qarşıma çıxan çətinliklərdən qorxmuram. Çünki, inanıram ki, həyatda nə olursa, yaxşılığa doğru olur. Mənim fikirmcə, həyatda yaxşı mövqe tutmaq üçün insanın özünə inamı olmalıdır. Cəsarətli və prinsipial olmaq lazımdır. Öhdəmizə düşən bir iş alınmırsa, ruhdan düşmək yox, çalışmaq, inadkar olmaq lazımdır. Məqsədə çatmaq üçün mübarizə aparmaq lazımdır. Məhz belə olduğunuz halda, sonda uğur mütləq sizin olacaq... 

Hər zaman yeni biliklər, yeni uğurlar dalınca qaçıram. Uğur qazandıqca həyata inamım, yaşamaq eşqim də artır. Dünəndən nəticə çıxarıb yaşayanda həyat daha maraqlı olur mənə. Düşünürəm ki, uğur qazandıqca həm özümü, həm də ki, valideynlərimi, dostlarımı yaşadıram. Allaha şükürlər olsun ki, bü günə kimi “həyatdan bezmişəm”, “yaşamaq istəmirəm” kimi ifadələr işlətməmişəm. Həyat həmişə mənə maraqlı gəlib. Çox böyük enerjim var. Arzu edirəm ki, hər kəsin içində yaşamaq yanğısı olsun…

Əziz validyenlər! Əgər siz də uşağınızın yaşamaq yanğısını artırmaq istəyirsinizsə,   onlara dəstək olun. Qarşılarını kəsib, maneə törətməyin... Əksinə onları kəşf edin! 

Unutmayaq ki:
Yaradıcı  gənc gələcəyin tanınmış mütəxəssisidir. Yaradıcı  gənc-ölkəmizin zəngin gələcəyidir. Yaradıcı  gənc sağlam düşüncəli insanların artmasına səbəb olan amildir.

Cəfər Mənsimi

Şimali Kiprin Doğu Akdeniz Universitetinin 1-ci kurs tələbəsi

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı