Modern.az

Ermənilərlə informasiya müharibəsi və yerevan.fm domeninin alış-verişi

Ermənilərlə informasiya müharibəsi və yerevan.fm domeninin alış-verişi

Aktual

3 Aprel 2012, 10:07

Ermənilər  informasiya müharibəsində ən böyük zərbəni Azərbaycanın coğrafi, tarixi adlarına məxsus domen adları almaqla vururlar. 1993-cü ildən başlayaraq bu günə qədər ermənilər Azərbaycan coğrafi adlarını özündə əks etdirən 10-larla domen adları alıblar.  Həmin saytları da Azərbaycanı təhqir edən müxtəlif materiallar və ya sadəcə pornoqrafik şəkillərlə  doldurublar. Nəticədə əcnəbi vətəndaş ətraflı informasiya almaq istədikdə həmin yer adı ilə bağlı sayta daxil olur, həqiqətə uyğun olmayan informasiyaları oxuyur və asanlıqla onlara inanır. Təsadüfi deyil ki, bu gün real müharibədən çox informasiya müharibəsinin hadisələrin gedişinə güclü təsir etdiyi barədə fikirlər deyilir.

Ermənilər adında Azərbaycan sözləri olan yüzlərlə sayt yaradıblar. Buna xeyli misal göstərmək olar:

www.azerbaijan.com, www.azerbaijan.net, www.azerbaijan.tv, www.azerbaijan.org, www.azerbaijan.info, www.azerbaijan.biz, www.azerbaijan.at, www.azerbaijan.de,  www.azerbaijan.ag,  www.azerbaijan.nu,  www.azerbaijan.ru,  www.azer.info

Qarabağ bölgəsi ilə bağlı; 

www.karabakh.com, www.qubadli.com,  www.cebrayil.com,  www.aghdam.com, www.xocavend.com,  www.kelbecer.com,  www.lachin.com, www.karabakh.net, www.susha.com, www.karabakh.biz, www.karabakh.info,  www.xocali.com,  www.karabakh.ru,  www.karabakh.org,  www.susha.net, www.lachin.com

Bakı adı ilə bağlı; 

www.baku.com,  www.baku.net , www.baku.biz, www.baku.tv, www.baku.co.uk, www.baku.ru, www.baku.in

Naxçıvan Muxtar Respublikası ilə bağlı;  

www.nakhchivan.com, www.nakhchivan.net, www.sharur.com, www.ordubad.com, www.babek.am,  www.babek.info, www.babek.com, www.babek.net,  www.babek.co.uk ,  www.babek.org 

Digər bölgələrlə bağlı; 

www.sumqait.info, www.sumqait.org, www.sumqait.net, www.stepanakert.com,  www.yevlakh.com, www.yevlakh.net   

Bu internet ünvanları müxtəlif vaxtlarda erməni lobbisinin maliyyəsi ilə alınaraq erməniləşdirilib və Azərbaycan əleyhinə beynəlxalq miqyaslı təxribatlarda istifadə edilir.

İnformasiya müharibəsində ermənilərin göstərdiyi fəallıq bəs bizdə də müşahidə edilirmi? Azərbaycanda erməni coğrafi adları ilə bağlı fəaliyyət göstərən və Azərbaycan həqiqətlərini dünyaya çatdıran saytlar varmı?

Uzun araşdırmalardan sonra Ermənistan coğrafi adı ilə bağlı yalnız bir saytın Azərbaycan vətəndaşının mülkiyyətində olduğunu öyrəndik. Bu yerevan.fm domenidir və onun sahibi “Kanal13” internet televiziyasının direktoru Anar Orucovdur. O, Modern.az saytına açıqlamasında bu domeni necə əldə etdiyini izah edib.

“Vaxtilə biz Bakı Fm internet radiomuz üçün baku.fm domenini almışdıq. Yəni internet radiomuz bu domen ünvanında fəaliyyət göstərirdi. Ancaq insanlar bunun Baku və ya Bakı Fm olması istiqamətində həmişə çaş-baş qalırdılar. O zaman biz radionu baki.fm ünvanına keçirmək istədik.  

Qeyd edim ki, “.fm” domeninin qiyməti 69 dollardır. Axtarış verərkən bu adlı domenin Amerikalı şirkətin mülkiyyətində olduğunu öyrəndim. Almaq üçün şirkətlə yazışmalara başladım və fikirləşdim ki, maksimum 1000 manata bakı.fm-i alaram. Ancaq onlar bunun qarşılığında məndən 100 min avro istədilər”.

Bundan sonra Anar Orucov Qafqaz regionunda, eləcə də Ermənistanın özününküləşdirmədiyi coğrafi adlarıla bağlı bir sıra domenləri almağa qərar verib. Onların içərisində ən diqqət çəkən yerevan.fm-dir. Hal-hazırda yerevan.fm-in müəlliflik hüququ A.Orucovdadır.  

İnternet televiziyasının direktoru bir müddətdən sonra artıq ermənilərin həmin domeni almaq üçün ona müraciət etdiklərini qeyd edib.

“Belə şeyin olacağını təbii gözləyirdim. Çünki Yerevan adının azərbaycanlılarda olmasının erməniləri qıcıqlandıra biləcəyini təxmin etmişdim.

Bir müddətdən sonra mənə yazdılar ki, bir erməni bu domeni almaq istəyir. Sonra yerevan.fm-i almaq istəyən ermənilərin sayı artdı, bu istiqamətdə mənə çoxlu e-maillər gəlirdi. Sonda onların ciddisi ilə yazışmalarımız oldu”.

A.Orucov öncə yerevan.fm-in qarşılığında Qarabağa aid, eləcə də Azərbaycan adı ilə bağlı domenləri həmin ermənidən istəyib. Ancaq onun bu istəyi reallaşmayıb.

“Çünki həmin şəxs o adlı domenlərin sahibi deyildi. Və sadəcə yerevan.fm-i almaq istədiyi üçün bu domeni əldə etməyə cəhd göstərdi. O zaman beynəlxalq bazardakı qiyməti ondan istədim, yəni 100 min avro. O da etiraf elədi ki, 100 min avro yox, maksimum 2500 dollar verə bilər və bununla da bizim söhbətimiz bitmiş oldu”.

Anar Orucov bu domeni 2500 dollara satmaqdansa, ondan Azərbaycanın təbliği üçün istifadə etməyi üstün tutduğunu qeyd edib.

“Əlimə imkan düşən kimi həmin ünvanda internet radisou açıb, hətta erməni dilində proqramlar verməklə Dağlıq Qarabağın Azərbaycan vətəndaşı olan ermənilərə Azərbaycanın necə inkişaf etdiyini təbliğ etmək, onların Azərbaycanın tərkibində necə yaxşı yaşaya biləcəklərini və Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün onların üzərinə öhdəlik düşdüyünü çatdırmaq istəyirik”.

Anar Orucov  bu ünvanda saytın fəaliyyətini ilin ikinci yarısına planlaşdırdıqlarını qeyd edib.

“İlin ikinci yarısında biz resurslarımızı toplamağı və gündəlik rus, ingilis, erməni dillərində xəbərlər verən saytla fəaliyyətə başlamağı düşünürük. Eləcə də orada səsli xəbərlərin olmasını da planlaşdırmışıq. Burada heç bir dövlət və şəxsi biznes dəstəyi yoxdur və bütün işlər öz resurslarımız hesabına həyata keçirildiyi üçün yerevan.fm saytının fəaliyyəti təxminən sentyabr ayında gerçəkləşəcək”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı