Modern.az

Azərbaycanlı deputat Türkiyədəki Qarabağ konfransında danışıb

Azərbaycanlı deputat Türkiyədəki Qarabağ konfransında danışıb

Aktual

18 Aprel 2012, 13:40

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Türk Ocaqları Antalya şöbəsi tərəfindən təşkil olunmuş “Azərbaycandan Türk dünyasına baxış” və “Dağlıq Qarabağ problemi” adlı 2 konfransda çıxış edib.

Konfrans Azərbaycan və Türkiyə himnlərinin səslənməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən Türk Ocaqları Antalya şöbəsinin sədri Abdulla Uysal Türk Ocaqlarının fəaliyyəti və konfransın keçirilməsi məqsədi barədə məlumat verib. Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktlara əsaslanaraq ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışıb. Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında bu konfransın əhəmiyyətinə toxunan Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirib. Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə  daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Türk Ocaqlarının 100 illiyi ilə bağlı tədbirlərin məhz Bakıdan başlaması və keçirilmiş tədbirlərin əhəmiyyətindən danışan millət vəkili “İnşallah Türk Ocaqlarının 101-ci ildönümünü  birlikdə işğaldan azad edəcəyimiz  Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik” deyib. Daha sonra Qənirə Paşayeva konfrans iştirakçılarının suallarını cavablandırıb. Konfransın sonunda millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi ilə bağlı xüsusi plaketə layiq görülüb. Konfrans çərçivəsində millət vəkili Qənirə Paşayevanın “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabının təqdimatı da keçirilib.  

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı