Modern.az

Azad Rəhimov Küveytə gedib

Azad  Rəhimov Küveytə gedib

Aktual

19 Aprel 2012, 10:04

Gənclər və idman naziri Azad Rəhimov 18 aprel tarixində Küveyt Dövlətinin Gənclər və İdman üzrə Baş Komitəsinin  baş direktoru Feysəl Müsaid Əl-Cəzzafın rəsmi dəvəti bu ölkəyə səfərə yollanıb.

Gənclər və İdman Nazirliyindən Modern.az-a bildirilib ki, səfər çərçivəsində 16 aprel 2010-cu il tarixində imzalanmış  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında” Sazişin müddəalarına uyğun olaraq iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Səfər 22 aprel tarixinədək davam edəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı