Modern.az

ARDNŞ “Sulutəpə hadisələri” ilə bağlı mətbuat konfrası keçirəcək

ARDNŞ “Sulutəpə hadisələri” ilə bağlı mətbuat konfrası keçirəcək

Aktual

19 Aprel 2012, 11:48


Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik idarəsi bu gün saat 16-da Sulutəpədə sökülən evlərlə bağlı mətbuat konfransı keçirəcək. Bu barədə ARDNŞ-dən Modern.az məlumat verilib. Tədbirin Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcəyi bildirilib.

Qeyd edək ki, dünən Sulutəpədə aparılan söküntü əməliyyatı ciddi problemlərlə müşayiət olunub. İki jurnalist-“Ayna-Zerkalo” və “Yeni Müsavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayeva ARDNŞ əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar.
Vəhşicəsinə döyülən İ. Abbasov hazırda Kliniki Tibbi Mərkəzdə yatır.  

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı