Modern.az

Asim Mollazadə Ohayo Ştatının Konqresində çıxış edib

Asim Mollazadə Ohayo Ştatının Konqresində çıxış edib

Aktual

19 Aprel 2012, 12:01

ABŞ-ın Ohayo Ştatının konqresində Niaqara fondunun və ABŞ-dakı Azərbaycan və Türk icmalarının iştirakı ilə ABŞ-Azərbaycan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib. Bu tədbirdə Ohayo Ştatı Senatının üzvləri çıxış edərək ABŞ-Azərbaycan-Türkiyə dostluq münasibətlərinin böyük önəmini xüsusilə qeyd ediblər. 
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə öz çıxışında Azərbaycanın regionun inkişafında, Avropanın enerji təhlükəsizliyində rolu barədə məlumat verib. Azərbaycanın antiterror mübarizəsində ABŞ və NATO qüvvələrinin mühüm müttəfiqi olduğunu qeyd edib .

Partiyanın mətbuat xidmətinin məlumatına görə, A.Mollazadə öz çıxışında həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə ABŞ-ın ən etibarlı müttəfiqləri olaraq Avrasiya İpək Yolu sisteminin quruculuğunda mühüm rol oynayırlar. Bu ölkələr enerji, nəqliyyat, informasiya və kommunikasiya sistemlərini yaradaraq Avropa və Asiya arasında körpü rolunu oynayırlar. Azərbaycan isə bu gün öz tarixi, dini və etnik tolerantlıq ənənələrini davam etdirərək, mədəniyyətlərarası əməkdaşlığı təmin edir.

Sözügedən tədbirdə Hyuston Bakı Qardaşlaşmış Şəhərlər layihəsinin prezidenti İradə Axundova da iştirak edib. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı