Modern.az

“Şuşasız Qarabağ yoxdur” müsabiqəsi elan olundu

“Şuşasız Qarabağ yoxdur” müsabiqəsi elan olundu

Aktual

20 Aprel 2012, 07:35

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi davam edir.

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənir. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda məqalə yazan tələbələrin yazıları Modern.az saytında yerləşdirilir. Sonra Modern.az saytı həmin yazıları deputata təqdim edir. Deputat isə öz növbəsində həmin yazılar içərisində ən yaxşı hesab etdiyini seçir. Ardınca ən yaxşı yazı müəllifləri ilə deputatın görüşü keçirilir. Görüşdə deputat qalib tələbəyə mükafat verir. Eyni zamanda 3 yaxşı yazıya həvəsləndirici mükafat verilir. Deputatla görüşdə isə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şəraiti yaradılır.

Artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva layihədə iştirak ediblər və qalib tələbələri mükafatlandırıblar.
109 saylı Balakən seçki dairəsinin deputatı Rəbiyyət Aslanova da yaxın günlərdə qalib tələbələri mükafatlandıracaq.

Layihə bu dəfə 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımovanın verdiyi mövzu ilə davam edir. Millət vəkilinin təqdim etdiyi mövzu işğal altındakı Qarabağ ərazisi ilə bağlıdır – “Şuşa Qarabağın mənəvi paytaxtıdır”.

 O, Şuşa ilə bağlı gənclərimizin düşüncələrini bilmək istəyir: “Bu, mənim üçün çox maraqlıdır. Erməni işğalı ucbatından dədə-baba torpaqlarımız olan Şuşanı görməyən nəsl nə düşünür. Şuşa onlar üçün nə deməkdir. Təbii ki, burada əsas məsələ Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olmalıdır. Hər halda “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” hər birimizin həyat devzi olmalıdır”.

Mayın 8-də Şuşanın ermənilər tərəfindən işğalının 20 ili tamam olacaq. Həmin günə qədər müsabiqə yekunlaşacaq və qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, hər bir mövzuyla bağlı 15 gün vaxt verilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr mövzu elan olunduqdan sonra 15 gün müddətində yazılarını [email protected] elektron poçtuna göndərə bilərlər.

Şahanə RƏHİMLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı