Modern.az

Gədəbəyin işdən çıxarılan icra başçısı danışdı

Gədəbəyin işdən çıxarılan icra başçısı danışdı

Aktual

20 Aprel 2012, 08:49

Aprelin 18-də Prezident İlham Əliyev  Kamran Qədimalı oğlu Rzazadəni Gədəbəy rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Modern.az saytına danışan sabiq başçı deyib ki, Prezident İlham Əliyevin onun işdən çıxarılması ilə bağlı sərəncamını şərh edə bilməz: “Vəzfəyə təyin edən və vəzifədən azad edən cənab Prezidentdir. Görünür belə məsləhət bilib. Mən hazırda rayonda evimdəyəm, istirahət edirəm...”.

Rzazadə Kamran Qədimalı oğlu, 20 oktyabr 1951-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub.

1972-ci ildə Şimali Osetiyada Orconikidze (hazırda Vladiqafqaz) şəhərində Qorsk Kənd Təsərrüfatı İnstitutunun Aqronomiya fakültəsinə daxil olub, 1978-ci ildə həmin institutu bitirərək, Alim-Aqronom ixtisasına yiyələnib.

1988-ci ildə Bakı Ali partiya məktəbini politoloq ixtisası üzrə,2001-ci ildə isə Ali Diplomatiya Kollecinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirib. 1978-ci ildə Puşkin adına sovxozda baş iqtisadçı, komsomolçu gənclər briqadasının briqadiri vəzifəsində işləyib. 1978-ci ildə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinə Təşkilat işləri şöbəsinin təlimatçısı vəzifəsinə təyin olunub. 1979-cu ilin aprel ayında Gədəbəy rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib.

1981-ci ilin aprel ayında Gədəbəy rayon Xalq Nəzarəti Komitəsinin sədri seçilib. 1987-ci ildə Gədəbəy rayonunun «Krasnı Oktyabr» toxumçuluq sovxozunun direktoru təyin edilib. 1989-cu ildə Gədəbəy rayon Aqrar Sənaye Birliyinin rəisi təyin edilib. 1990-cı ildə Gədəbəy rayon XDS-nin sədr müavini seçilib. 1996-cı ildə Gədəbəy rayon Torpaq Şöbəsinin müdiri təyin edilib. 1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin Şəmkir bölgəsi üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi təyin edilib.

2000-ci ilin fevral ayından aprel 2005-ci ilə qədər Gədəbəy rayon ƏSMM-nin direktoru, 11 aprel 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. 1993-cü ildən YAP üzvüdür. YAP Gədəbəy rayon təşkilatının yaradıcısı olub  və 2005-ci ilədək bu təşkilatın sədri olub.

2012-ci il aprelin 18-də icra başçısı vəzifəsindən çıxarılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı