Modern.az

Beynəlxalq reytinq agentliyi Azərbaycana reytinq verdi

Beynəlxalq reytinq agentliyi Azərbaycana reytinq verdi

Aktual

20 Aprel 2012, 09:14

2012-ci ilin aprel ayının 19-da  “Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada  reytinqini  investisiya səviyyəsinə yüksəldib.

Agentliyin press-relizində qeyd olunur ki, Azərbaycanın reytinqinin investisya səviyyəsinə qaldırılması ölkənin son illərdə neftən daxil olan gəlirlər hesabına maliyyə gücünün əhəmiyyətli dərəcədə artmasını və respublikada qeyri-neft sektorunda gedən surətli inkişafını əks etdirir.

Agentlik Azərbaycanda artıq güclü və çoxşahəli iqtisadiyyətin yaranmasını və ölkənin istənilən iqtisadi, habelə geosiyasi risklərə də dayanıqlılığını da xususi vurğulayır.

Beləliklə, dünyanın bütün nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycan Respublikasının kredit reytinqi investisya səviyyəsinədək qaldırılıb. Belə ki,   “Fitch” beynəlxalq reytinq agentliyi 2010-cu ilin may ayında, “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi  2011-ci ilin dekabr ayında və  nəhayət  “Moody’s” beynəlxalq reytinq agentliyi isə cari ilin aprel ayının 19-da Azərbaycan Respublikasının reytinqini  investisiya səviyyəsinə yüksəldib.

Məlumatı Maliyyə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı