Modern.az

Ramil Səfərovla bağlı yeni müsabiqə başladı

Ramil Səfərovla bağlı yeni müsabiqə başladı

Aktual

20 Aprel 2012, 12:27

Aprel ayının 13-dən (Ramil Səfərova ömürlük həbs kəsildiyi gün) başlayaraq www.ramilsafarov.info saytı yeni bir müsabiqə elan edib.

Macarıstanda ömürlük həbs cəzası çəkən zabitimiz Ramil Səfərov artıq 3 ildir ki, tərcümə işi ilə məşğul olur. Ramil bu müddət ərzində 2 kitabın tərcüməsini bitirərək oxucularına təqdim edib və artıq üçüncü kitabın tərcüməsini tamamlamaq üzrədir.

Zabitimizə bu faydalı işində mənəvi dəstək vermək və tərcümə fəaliyyətinin inkişafı məqsədilə www.ramilsafarov.info saytı yeni layihəyə start verib.

“Belə ki, zabitimizin macar dilindən tərcümə etdiyi “Pal küçəsi oğlanları” və ya “Qapı” əsərlərindən birinin tərcüməsi haqqında öz fikirlərinizi, iradlarınızı, təklif və məsləhətlərinizi yazaraq saytımızın [email protected]  elektron ünvanına göndərə bilərsiniz. Layihəmiz bir ay davam edəcək və sonda topladığımız məktublar zabitimizin özünə göndəriləcək. Saytımızın təyin etdiyi münsiflər və Ramil Səfərov tərəfindən ən çox bəyənilən  və obyektiv hesab edilən üç məktubun müəllifinə Ramil Səfərovun öz imzası ilə tərcüməçisi olduğu kitablardan biri hədiyyə olunacaq”-deyə sayt məlumat yayıb.

Layihənin şərtlərinə görə, məktublar bir səhifədən artıq olmamalı, məktublarda təhqir, söyüş, etikadan kənar sözlər yazılmamalı, mövzudan kənar cümlələr çoxluq təşkil etməməlidir.

Layihənin məqsədi zabitimizin tərcümə etdiyi əsərlərə diqqəti artırmaq, ona dəstək olmaq və “Biz hər zaman səninləyik!” mesajını verməkdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı