Modern.az

Azərbaycan deputatı Türk Ocaqlarında çıxış edib

Azərbaycan deputatı Türk Ocaqlarında çıxış edib

Aktual

21 Aprel 2012, 13:39

Millət vəkili Qənirə Paşayeva Türk Ocaqları İstanbul şöbəsi tərəfindən təşkil edilən konfransda Dağlıq Qarabağ problemi ilə bağlı çıxış edib.

Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram Türk Ocaqlarının fəaliyyəti və konfransın keçirilməsi məqsədi barədə məlumat verdi. Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktlara əsaslanaraq ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışdı. Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında bu konfransın əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirmişdi: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.”
Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi İsmayıl Bəy Qaspirallının “Dildə, fikirdə, işdə birlik” və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” - ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, - deyə millət vəkili nitqinə davam etdi. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə  daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.
Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva “inşallah növbəti tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz  Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik”- deyə qeyd etmişdi. Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın Qarabağın Azərbaycanlı İcmasının üzvü Havva Məmmədova ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının və Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabının təqdimatı da keçirilmişdi. Qənirə Paşayeva kitabları imzalayaraq tədbir iştirakçılarına təqdim etdi.
Sonda Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram millət vəkili Qənirə Paşayevaya türk dünyasına etdiyi xidmətlərinə görə plaket təqdim etmişdi.

         
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı