Modern.az

Nazirlik “Beynəlxalq Yer günü” ilə əlaqədar iməcilik keçirdi - FOTOLAR

Nazirlik  “Beynəlxalq Yer günü” ilə əlaqədar iməcilik keçirdi - FOTOLAR

Aktual

21 Aprel 2012, 15:25

22 aprel “Beynəlxalq Yer günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “İDEA Kampaniyası”nın birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şuranın üzvləri, QHT, ictimaiyyət və media nümayəndələri, eləcə də “Təbiətin dostları” Gənclər İctimai Birliyinin “Yaşıl velosipedçilər” Klubu, “Green Baku” Könüllü Ekoloji Təşkilatı və “Park Bulvar”ın PR Xidmətinin əməkdaşlarının iştirakı ilə 21 aprel 2012-ci il tarixində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.  

ETSN-nin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, ümumilikdə, 500 nəfərin iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara qulluq göstərilib, ağacların dibi yumşaldılıb və ərazi tullantılardan təmizlənib. Tədbirin sonunda ekologiya və təbii sərvətlər naziri H.Bağırov və İctimai Ekoloji Şuranın üzvləri ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətlərinə görə “İDEA Kampaniyası”nı, “Təbiətin dostları” Gənclər İctimai Birliyinin “Yaşıl velosipedçilər” Klubunu, “Green Baku” Könüllü Ekoloji Təşkilatını və “Park Bulvar”ın PR Xidmətini Diplomlarla təltif ediblər. Qeyd edək ki, “Beynəlxalq Yer günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçirilib. Xatırladaq ki, 22 aprel “Beynəlxalq Yer günü”nun keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb.




Aytən ƏLİYEVA
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı