Modern.az

Avropa İrana qarşı neft embarqosunu təxirə saldı

Avropa İrana qarşı neft embarqosunu təxirə saldı

Aktual

23 Aprel 2012, 11:58

Avropa Birliyi İrana qarşı neft embarqosu ilə bağlı qərarını təxirə salıb. Modern.az İTAR-TASS –a istinadən bildirir ki, adının çəkilməsini istəməyən yüksək rütbəli diplomatın məlumatına görə, AB İrandan neft almağı qadağan edən qəti qərarın qəbuluna mayın sonlarında baxacaq. İran neftinə qoyulacaq embarqo barədə qəti qərar bu gün Lüksemburqda keçirləcək AB ölkələrinin XİN başçılarının görüşündə təsdiq edilməli idi.

Mənbə bıldirib ki, belə bir qərarın qəbulunda İtaliya və Yunanıstan israr edib. Bu ölkələr qorxurlar ki, İrandan neftin idxalına embarqo qoyulması onların xərclərini dəfələlə artıracaq.    İranın 20 faiz neftini AB ölkləri alır. Başlıca ölkələr Yunanıstan, İtaliya və İspaniyadır.    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı