Modern.az

Məleykə Abbaszadə orta məktəb direktorlarına xəbərdarlıq etdi

Məleykə Abbaszadə orta məktəb direktorlarına xəbərdarlıq etdi

Aktual

23 Aprel 2012, 13:27

Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına xəbərdarlıq edib.

TQDK sədri bildirib ki, indiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və korrupsiyada hallandırılsa da, artıq buna son veriləyəcək.

 "Bütün direktorlar və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək"  

M.Abbaszadə buraxılış imtahanlarının çox şəffaf keçirəcəklərini deyib. TQDK sədri bununla bağlı valideynlərə də müraciət edib.

 "Əgər indiyə qədər nə isə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar baş verməyəcək. Belə hallar törətmək istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək"-deyə M.Abbaszadə vurğulayıb.

M.Abbaszadə həmçinin əlavə edib ki, gələn il həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanları ilə bağlı müvafi dəyişikliklər aparılacaq. Bu dəyişikliklərin konkret nədən ibarət olduğu hələ müəyyən deyil.

TQDK sədrinin sözlərinə görə, indiyədək şagirdlərin buraxılış imtahanlarına yardımçı vasitələr keçirməsi mümkün idi. Ancaq bundan sonra buraxılış imtahanlarına əlavə vəsaitlər buraxılmayacaq. Bununla da attestat ala bilən və bilməyən şagirdlərin real səviyyəsi düzgün qiymətləndiriləcək.

 

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı