Modern.az

Akademik Midhət Abasov vəfat etdi

Akademik Midhət Abasov vəfat etdi

Aktual

24 Aprel 2012, 09:01

Dünən saat 23:00 radələrində görkəmli alim, ictimai-siyasi xadim, prinsipial vətəndaş Midhət Abasov vəfat edib.

Bu barədə müsavat.com-a mərhumun dostlarından biri məlumat verib.

85 yaşlı M.Abasovun xəstəliyi mart ayından şiddətlənibmiş və ötən gecə saat 23-də amansız xəstəlik onu yaxınlarından ayırıb.

Mərhum bu gün dəfn olunacaq.

Qeyd edək ki, 1991-ci ilin dekabrından AXC hakimiyyəti dövrünədək dövlət katibi vəzifəsi tutmuş Midhət Abasov bu postda özünü müdrik dövlət xadimi kimi göstərmişdi. Onun necə əyilməz bir insan, əsl ziyalı olması isə 1994-cü ildə parlamentdə gedən müzakirələr zamanı üzə çıxdı.

Midhət Abasovun bioqrafiyası

M.Abasov 1926-cı ildə doğulub. Azərbaycan Sənaye İnstitutunun neftmədən fakültəsini bitirib (1949). Texnika elmləri doktoru (1962), professor. AMEA-nın həqiqi üzvü (1980),  REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976-1990), AMEA-nın vitse prezidenti (1990-1997), AMEA Dərin neft-qaz yataqları İnstitutunun direktoru (1971-2003). 2003-cü ildən Geologiya İnstitutunda işləyir. Geologiya İnstitutunun baş elmi işçisidir. Azərbaycan Dövlət mükafatı laureatı adına , akademik İ.M.Qubkin adına mükafata layiq görülüb. Azərbaycanın əməkdar elm xadimidir (1990). Neft-qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və təcrübəsi sahəsində görkəmli alimdir.

Elmi tədqiqat sahələri: Neft və qaz yataqlarının nəzəriyyəsi və işlənməsi. O bu sahədə məşhur elmi məktəbin yaradıcısı və rəhbəridir. Onun tərəfindən neft və qaz yataqlarının yeni işlənmə üsulları təklif olunub və onların layihələndirilməsinin əsas prinsipləri inkişaf etdirilib.

640-dən çox elmi nəşrlərin, 20 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı