Modern.az

Azərbaycan gəncləri Avropa təcrübəsi ilə hərəkət edirlər

Azərbaycan gəncləri Avropa təcrübəsi ilə hərəkət edirlər

Aktual

24 Aprel 2012, 13:35

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Birliyi və UNİCEF ilə birlikdə yeni layihəyə başlayır. İki mərhələdən ibarət olan layihədə  ümumilikdə Azərbaycanın şəhər və rayonlarından olan 10000 gəncin iştirakı nəzərdə tutulur. Son dövrlərdə ekoloji problemlərin geniş vüsət aldığını nəzərə alaraq cəmiyyətin aktiv təbəqəsi olan gənclərin bu sahəyə diqqətini artırmaq və onların birbaşa iştirakını təmin etmək layihənin əsas məqsədidir. Layihənin birinci mərhələsi dekabr ayına kimi davam edəcək. Bu dövr ərzində Avropa ölkələrinə ezam olunan gənclər ətraf mühitin qorunmasında həmin ölkələrin təcrübəsini öyrənəcək. Daha sonra isə hər bir rayondan 25 gəncin iştirakı ilə təlimlərə start veriləcək. Təlimlərdə iştirak edəcək gənclərə ətraf mühitin qorunması ilə bağlı yeniliklər öyrədiləcək. Həmin gənclər növbəti mərhələdə təmsil etdikləri regionlarda mənimsədikləri yenilikləri tətbiq edəcək və bununla da ətraf mühitin mühafizəsinə öz töhfələrini vermiş olacaqlar.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı