Modern.az

Telekanallarda dublyaj studiyaları bağlanır

Telekanallarda dublyaj studiyaları bağlanır

Aktual

25 Aprel 2012, 09:29

“Xəzər” TV artıq iki studiyasının işini dayandırıb

Mayın 1-dən yerli televiziyalarda yayımlanan xarici teleserialların dayandırılması ilə əlaqədar bəzi telekanalların dublyaj studiyaları bağlanacaq.
Modern.az saytının məlumatına görə, növbəti aydan etibarən “Xəzər” TV-nin dublyaj studiyalarının ikisi də  fəaliyyətini dayandıracaq. Artıq bu studiyaların işçilərinə mayın 1-dən işə gəlməmək göstərişi verilib. Saytımıza daxil olan məlumatda o da bildirilir ki, bu kanalda efirə gedəcək cizgi və sənədli filmlərin dublyajı müstəqil fəaliyyət göstərən prodakşnlarda aparılacaq.

Teleradio Şurasının mayın 1-dən etibarən əcnəbi teleserialların efirdən çıxarılması barədə qərarı televiziya rəhbərlərinin dublyaj studiyalarının saxlanmasına marağını azaldıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı