Modern.az

TQDK sınaq imtahanlarının nəticələrini açıqladı

TQDK sınaq imtahanlarının nəticələrini açıqladı

Aktual

26 Aprel 2012, 12:57

Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) aprelin 22-də keçirtdiyi sınaq imtahanların nəticələrini açıqladı. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

TQDK rəsmisi bildirib ki, aprelin 22-də respublikanın ayrı-ayrı bölgələrində keçirilən sınaq imtahanın nəticələri artıq bəllidi. Abituryentlər bu linkdən //www.tqdk.gov.az/sinaq2012netice/  istifadə edərək öz imtahanın nəticəsini əldə edə bilərlər.

Qeyd edək ki, aprelin 22-də TQDK abituriyenlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə 2012-ci ilin ikinci sınaq imtahanını keçirib.İmtahanlar respublikanın ayrı-ayrı şəhərlərində, ümumilikdə 47 binada aparılıb. Sınaq imtahanlarında iştirak etmək üçün 30 mindən çox abituriyent qeydiyyatdan keçib.

Mail Ağaxanov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...