Modern.az

Milli Şura “Vətəni Tanı” kampaniyasını davam etdirir

Milli Şura “Vətəni Tanı” kampaniyasını davam etdirir

Aktual

30 Aprel 2012, 12:45

Modern.az-ın məlumatına görə, “VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası Bakı rayonları arasında öz seçim turlarını keçirməkdə davam edir. Növbəti tur Suraxanı və Nizami rayonlarında keçirilib.

Suraxanı rayonunda Kampaniyanın açılış mərasimində Milli Şuranın Humanitar və Sosial departamentinin sədri Əligül Ağayev çıxış edərək bildirib ki, bu Kampaniyanın keçirilməsi ölkə gəncləri arasında vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edəcək. Kampaniyanın bütün Azərbaycanı əhatə edəcəyini vurğulayan baş katib qeyd edib ki,  əsas məqsədlərdən biri də ölkəmizin ərazi bütövlüyü məsələsini bir daha qabartmaqdır.

Nizami rayonunda 220 saylı orta məktəbdə 150 gəncin iştirakı ilə keçirilən kampaniyanın açılış mərasimində çıxış edənlər  bildiriblər ki, hər bir Azərbaycan gənci ölkəmizin tanıdılması istiqamətində əlindən gələn bütün işləri görməlidir. O, qeyd edib ki, Azərbaycan gəncliyi ölkəmizin tarixini, coğrafiyasını bilməli, ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar. 

Suraxanı və Nizami rayonlarının hər birindən 150 gənc “Vətəni tanı” Ümumrespublika Kampaniyasında iştirak edib. Bunlardan bir qismi keçməcələrdən (puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir.             

                                                                                                                                                                                

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı