Modern.az

Oqtay Əsədov: “Bu, onun səviyyəsini göstərir"

Oqtay Əsədov: “Bu, onun səviyyəsini göstərir"

Aktual

1 May 2012, 12:43

Modern.az xəbər verir ki, Milli Məclisin mayın 1-də keçirilən iclasında spiker Oqtay Əsədov AŞPA-nın Azərbaycan üzrə məruzəçi Kristof Ştrasseri ölkəmizə qarşı qərəzlilikdə günahlandırıb.

"Ştrasser Ukraynada keçirilən futbol üzrə Avropa Çempionatı, Belorusda keçiriləcək hokkey üzrə Dünya Çempionatında bəzi ölkələrin rəhbər şəxslərinin iştirak etməyəcəklərini bəhanə gətirərək Azərbaycanda keçirilən "Eurovision"ın da boykot olunmasını istəyib. Bu, onun səviyyəsini və Azərbaycan qarşı qərəzini göstərir".

O.Əsədovun sözlərinə görə, həmçinin Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzlə yanaşır və Azərbaycanda "Eurovision"ın boykotuna çağırır.

"Onlar yüz minlərlə, milyonlarla insanın hüquqlarını pozurlar, 1 milyona yaxın qaçqının problemi barədə bir kəlmə də danışmırlar. Onlar insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu, hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bunların kökündə nə dayanır" – deyə O.Əsədov vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı