Modern.az

ABŞ-ın Bakıdakı səfirliyindən Morninqstarın səfir postuna namizədliyinə münasibət bildirilib

ABŞ-ın Bakıdakı səfirliyindən Morninqstarın səfir postuna namizədliyinə münasibət bildirilib

Aktual

14 May 2012, 18:59

Amerika  Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin ikinci katibi Erik Morin və səfirliyin mədəniyyət və təhsil işləri üzrə müşaviri Kristofer Cons  Gəncədə olublar. Diplomatik korpusun nümayəndələrinin səfərində əsas məqsəd Gəncədə fəaliyyət  göstərən ali məktəblərdə təhsil alan tələbələrlə  görüş keçirmək olub. Səfirliyin ikinci katibi Erik Morin Azərbaycanda səfir postuna namizəd olan Riçard Morninqstarın uğurlu seçim olduğunu da bildirib.  
Azərbaycan Dövlət Aqrar və Gəncə Dövlət Universitetlərində olan ABŞ-ın Azərbaycandakı səfriliyinin rəsmiləri tələbələri “Work and Travel”, FLEX, Global Bakalavr Mübadilə Proqramı, SUSİ, Edmund Muskie Təqaüd Proqramı, Fulbright Proqramı və başqa proqramlar barədə məlumatlandırılıblar.
Həmçinin Amerika təhsilinin prestijindən və keyfiyyətindən  söz açıblar.  Səfirliyin mədəniyyət və təhsil işləri üzrə müşaviri Kristofer Cons  ABŞ-da daha çox azərbaycanlı tələbənin təhsil almasını iki ölkə və vətəndaşlar arasında əlaqələri gücləndirməyə təkan olduğu bildirilib. Onun sözlərinə görə, Amerikada təhsilini davam etdirmək və təcrübə artırmaq istəyən tələbə aidiyyatı qurumlara  yazılı müraciət etməlidir. Daha sonra 2  amerikalı və 7 yeli mütəxəsis tərəfindən keçirilən müsahibəyə qatılmalı və xüsusi proqram üzrə  ingilis dilindən imtahan verməlidir.  
 “Xaricdə təhsil proqramı təkcə təqaüd proqramları ilə təhsil almaqla bitmir. Tələbələr özləri də Amerikada fərdi Universitetlərdə oxuya bilərlər. Gəncədə və digər regionlarda məsləhət mərkəzləri mövcuddur. Tələbələr gedib ordan lazımı məsləhətlər ala bilərlər. Amerika guşəsində vəsaitlər  var. Həmin vəsaitlərlə lazımı proqramları və testləri mükəmməl öyrənə bilərlər ”

ABŞ səfirliyinin ikinci katibi Erik Morin Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyinin irəli sürülməsi məsələsinə münasibət bildirib.

“Morninqstarın Azərbaycanda səfir kimi fəaliyyət göstərməsi Amerika senatının  təsdiqindən asılıdır. Morninqstar Azərbaycanda kifayət qədər tanınınr, o da regionla tanışdır. Əgər onun namizədliyi təsdiq olunarsa mən onu uğurlu namizəd hesab edir”-deyə o, bildirib.

Görüş çərçivəsində tələbələri maraqlandıran sualları cavablandıran diplomatlar Gəncənin Mərkəzi Kitabxanasında yaradılan Amerika guşəsi ilə də tanış olublar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı