Modern.az

TQDK 7444 abituriyentə “məqbul” verib

TQDK 7444 abituriyentə “məqbul” verib

Aktual

15 May 2012, 16:41
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci il mayın 13-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan nəticələrini təhlil edərək “Azərbaycan dili” imtahanında 12 və daha çox bal toplayan abituriyentlərin “məqbul” la qiymətləndirilməsi barədə qərar qəbul edib.
İmtahanda iştirak etmək hüququ olan 9443 abituriyentdən 276 nəfəri imtahana gəlməyib.
Abituriyentlərdən 7444 nəfəri qeyd olunan müsabiqə şərtini ödəyib və “məqbul” qiyməti alıb. İmtahan qaydalarını pozduğuna görə 5 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub. Abituriyentlərdən 1 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıb.
Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 8 nəfərin köçürməyə yol verdikləri aşkar edilmiş qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.
Nəticələr mayın TQDK-nın internet saytında yerləşdirilib.

Mayın 13-də keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2012-ci il iyunun 24-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Sevinc İltifatqızı
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı