Vicdan məhbusu Elnur Məcidli azadlığa buraxılıb. Modern.az saytı xəbər verir ki, bu barədə E.Məcidlinin atası Arzuman Məcidli "Azadlıq" qəzetinə məlumat verib. Elnurun atası bildirib ki, oğlunun saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsindən zəng edərək bu barədə xəbər veriblər. Daha sonra ailəsi onu qarşılayıb.
Qeyd edək ki, E.Məcidli 2011-ci il aprelin 2-də müxalifətin keçirdiyi aksiya zamanı həbs olunmuşdu.
İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası zamanı həbs olunan E.Məcidli Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilmidi. Ötən il oktyabrın 10-da Nəsimi Rayon Məhkəməsində AXCP üzvü Elnur Məcidliyə 2 il iş kəsilmişdi.
Modern.az