Modern.az

“Anadolu” agentliyinin Qafqaz nümayəndiliyi Bakıda açıldı

“Anadolu” agentliyinin Qafqaz nümayəndiliyi Bakıda açıldı

Aktual

16 May 2012, 09:57

Modern.az  xəbər verir ki, Azərbaycanda Türkiyənin məşhur informasiya agentliyi “Anadolu”nun Qafqaz üzrə nümayəndəliyi dövlət qeydiyyatına alınıb. Agentliyin Azərbaycanda qanuni təmsilçisi qismində Vüqar Novruzoğlu çıxış edir.

V.Novruzoğlu Modern.az-ın agentliyin fəaliyyəti ilə bağlı suallarını cavablandırarkən bildirib ki, yaxın vaxtlarda agentliyin rəsmi açılışı olacaq. Onun sözlərinə görə, redaksiyaya lazımı sayda işçilər qəbul olunub və onlar hal-hazırda hazırlıq prosesi keçirlər.

Agentliyin redaktoru Rəşad Davudovdur. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq agentlik həm Azərbaycan, həm də rus dilində informasiya yayımlayacaq. Agentliyə işçilər imtahan vasitəsilə  qəbul olunub, onların sayı isə 15 nəfərə yaxındır. Yaxın vaxtlarda agentliyə yenidən işçi qəbulu aparılacaq.

Qeyd edək ki, məlumatı Anadolu Agentliyinin Türkiyədə yeləşən Baş ofisindən də təsdiqləyiblər.

Sevinc İLTİFATQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı