
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni yaradılacaq Zooparkın layihəsini təqdim edib. "Azərbaycan Təbiət Aləmi" adlanacaq Zooparkın Ceyranbatan qəsəbəsi ərazisində salınması nəzərdə tutulur. Köhnə heyvanxananın aqibətinin necə olacağına gəlincə, Zooparkın direktoru Azər Hüseyinov Modern.az-a bildirib ki, bu, hələ məlum deyil:
”Bizim yeni salınacaq Zoopark barəsində məlumatımız var, amma indiki heyvanat parkının necə olacağı barəsində hələ heç nə bilmirik. Köçürülmə barədə sərəncam verilmədiyindən bu haqda danışmaq tezdir”.