
Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasının bu dəfəki təqdimatı 13 il əvvəl yaşanmış bir məqamı özündə əks etdirir.
Tarix 9 oktyabr 1999-cu il, məkan “Motodrom” meydanı. Səbəb ümummüxalifətin Qarabağ mitinqi.
Bəli, gördüyünüz kimidir, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev mitinqdə çıxış edir. Mikrofonu tutan isə yenə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Cavadağa Sultanovdur.
Ancaq, Yaşar Əliyevin tribunaya çıxması heç də müxalifətin tələbləri ilə həmrəy olması kimi başa düşülməməlidir. Cənab general sadəcə növbəti xəbərdarlığını edir. Amma üslub fərqli seçilib.
Vaqif Hacıbəyli və İbrahim İbrahimlinin sakitləşdirici jestlərindən isə mitinq iştirakçılarının Yaşar Əliyevin tələbini həzm etmədiyi hiss olunur.
Maraqlıdır, 13 il əvvəl uzun yolu qət edib piyada “Motodrom”da mitinq keçirməyə gedən müxalifətçilər, indi daha yaxına “20-ci Sahə”yə nə üçün getmək istəmirlər...
(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik).
Modern.az