Modern.az

“İki sahil” ABŞ-Azərbaycan münasibətlərinə dair Xüsusi Buraxılış çap edib

“İki sahil” ABŞ-Azərbaycan münasibətlərinə dair Xüsusi Buraxılış çap edib

Aktual

16 May 2012, 16:59

Modern.az xəbər verir ki, "İki sahil" qəzeti Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə Xüsusi Buraxılış çap edib. 100 səhifəlik buraxılış keçilən yola nəzər salmaqla yanaşı, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri əks etdirən maraqlı yazılar, rəngarəng şəkillər və yüksək poliqrafik tərtibatla diqqəti cəlb edir.

Xüsusi buraxılışda 24-26 aprel 2012-ci il tarixlərində Vaşinqton şəhərində keçirilən "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" beynəlxalq konfransında Azərbaycan nümayəndə heyəti üzvlərinin dəyərli çıxışları, eyni zamanda ABŞ təmsilçiləri tərəfindən söylənilmiş fikirlər geniş əks tapıb.
Konfransda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov, Administrasiyasının rəsmi təmsilçisi, dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, Oklahoma ştatının keçmiş dövlət katibi Syuzan Savic, Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ABŞ Konqresinin üzvü Cerri Konnoli, ABŞ Senatının üzvü Çak Şumers və başqaları çıxış ediblər.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı