Bakı şəhəri Binəqədi rayonu ərazisində sement daşıyan KAMAZ markalı yük maşını aşıb. Hadisəyə səbəb KAMAZ-ın qarşısına minik avtomobilinin çıxması olub. Qəzadan qurtulmaq uchun maşını yolun kənarına çəkən sürücü KAMAZ-ın aşmasına mane ola bilməyib. Hadisədən qəzasız qurtulan qarşıdan gələn minik maşını isə dayanmadan ərazini tərk edib. Xoşbəxtlikdən KAMAZ sürücüsünə heç nə olmayıb. Hadisə yerində olan insanlar onu maşının içərisindən sağ çıxarıblar. Sürücü adını və soyadını deməkdən imtina edib.

