Modern.az

Modern.az-ın qaldırdığı məsələyə Əli Həsənov münasibət bildirdi

Modern.az-ın qaldırdığı məsələyə Əli Həsənov münasibət bildirdi

Aktual

21 May 2012, 13:20

Modern.az saytının Azərbaycanın üçrəngli bayrağı üzərinə ayrı-ayrı şəxslər tərəfindən yazı və loqoların yerləşdirilməsinə etiraz olaraq qaldırdığı məsələyə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov münasibət bildirib. Ə.Həsənov Azərbaycan bayrağı üzərində hər hansı yad elementin yerləşdirilməsinin normal hal olmadığını vurğulayıb.

“Bu normal hal deyil, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da məsələdən xəbərdardır, hal-hazırda bayraqların üzərində yazılan yazılarla bağlı iş gedir. Amma bu cinayət tərkibli bir iş deyil”.

Ə.Həsənov həmin bayraqların da qısa zamanda yığışdırılacağını bildirib: “Biz çalışırıq maksimum qısa bir zamanda həmin bayraqlar tapılıb yığışdırılsın”.

Qeyd edək ki, əməkdaşımız bir müddət öncə  üzərində “Eurovision 2012” və digər yarışmanın loqoları yazılmış üç rəngli bayrağlarımızı aşkar edərək onların şəkilərini çəkmişdi, sonradan əksər media orqanlarında bu işi görənlər qınaq obyektinə çevrildi.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı