Modern.az

ATƏT-in Bakı Ofisinin rəhbəri Lənkərana gedir

ATƏT-in Bakı Ofisinin rəhbəri Lənkərana gedir

Aktual

21 May 2012, 14:24

ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Koray Tarqay 22-23 may tarixində Lənkərana işgüzar səfər edəcək. Bu barədə Modern.az-a ATƏT-in Bakı Ofisinin Mətbuat və İnformasiya Xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib.
Səfərin birinci günü səfir Tarqay rayonun İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Polis İdarəsinin rəisi Elxan Əliyevlə görüşəcək. ATƏT-in Bakı Ofisinin rəhbəri həmçinin Polis İdarəsindəki müvəqqəti saxlama yerinə də baş çəkəcək.
Mayın 23-də isə Koray Tarqay ATƏT-in Bakı Ofisinin dəstəyi ilə Lənkəranda fəaliyyət göstərən Hüquq Resurs Mərkəzinə baş çəkəcək və yerli QHT-lərin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edəcək. Qeyd edək ki, sonuncu tədbir media nümayəndələri üçün açıq olacaq.

Modern.az
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı