Modern.az

Prezident və xanımı rəsmi qəbul təşkil ediblər

Prezident və xanımı rəsmi qəbul təşkil ediblər

Aktual

25 May 2012, 20:07

Modern.az xəbər verir ki, bu gün  “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunan  rəsmi qəbulda  Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri rəsmi qəbulda iştirak ediblər. Tədbirdə Azərbaycanın dövlət himni səslənib.  Dövlət başçısı rəsmi qəbulda nitq söyləyib.

Sonra 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatının təltif edilməsi mərasimi olub.  Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə tarixçi-alimlər Yaqub Mahmudov, Kərim Şükürov, Tofiq Mustafazadə, Süleyman Məmmədov, Güntəkin Nəcəfli, Nazim Mustafayev, Gövhər Məmmədova, Hacı Həsənov, İsrafil Məmmədov, Vidadi Umudlu, Səidə Hacıyeva, İradə Məmmədova və Nigar Gözəlovaya Dövlət mükafatları təqdim edilib. Təltif olunma mərasimindən sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı