Modern.az

Xalq artisti reanimasiyaya düşdü - YENİLƏNİB

Xalq artisti reanimasiyaya düşdü - YENİLƏNİB

Aktual

25 May 2012, 23:50

Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərov mayın 25-də axşam saatlarında xəstəxanaya yerləşdirilib. Modern.az-ın məlumatına görə aktyor  dublyaj vaxtı özünü pis hiss edib və oturduğu yerdə pult arxasında arxası üstə yıxılıb. Xalq artisti təcili yardımla Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. Hazırda İlham Əsgərov reanimasiyadadır. Onun yenidən beyin insultu keçirdiyi ehtimal olunur.

Xatırladaq ki, Xalq artisti iki il əvvəl, 2010-cu ilin dekabrında beyin insultundan müalicə olunub.

 Xalq artisti uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.

1982-ci ildən Akademik Milli Dram Teatrında çalışan istedadlı aktyor İ.Əsgərov bir sıra məşhur tamaşalarda oynamaqla yanaşı, Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir.

İlham Təvəkkül oğlu Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti,15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

***

Mərkəzi Klinik Xəstəxanadan Modern.az-a bildirilib ki, səhər saatlarında aktyorun vəziyyəti yaxşılaşıb. Həkimlərin bildirdiyinə görə, İlham Əsgərovda keçici işemik həmlə baş verib. Ailəsinə aktyorun iki gündən sonra evə yazılacağı bildirilib.


  Şəms  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı