Modern.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov sabah Türkiyəyə rəsmi səfərə gedir. Bu barədə saytımıza parlamentdən məlumat verilib. Məlumata görə, Azərbaycan parlamentinin spikeri mayın 31-dək Türkiyədə səfərdə olacaq.
Oqtay Əsədov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumunda iştirak edəcək. Forum mayın 30-31-i Türkiyənin İstanbul şəhərində olacaq.
Nümayəndə heyətinin tərkibinə MM Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Forumun açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Pan Gi Mun çıxış edəcəklər.