Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın Türkiyədə 18 min dollar pulunu mənimsəyiblər. Yeni albom hazırlıqları üçün məşhur müğənni şair Fəttah Cana bir müddət öncə verdiyi pulu geri ala bilməyincə məhkəməyə müraciət edəcəyini bildirib. Bir neçə vaxtdır ki, Türkiyə şou-biznesinə qatılan B.Dadaşova haqqını tələb edəcəyini qeyd edib..
"Bu albom üçün Fettah Can ilə görüşüb ona 18 min dollar verdim. Üç ildir nə mahnılarımı verir, nə də telefonlarıma çıxır. Üstəlik pulumu da geri ödəmədi. Bu insanı tapa bilmirəm. O insan mənim pulumu ən qısa zamanda geri verməsə mən ondan məhkəməyə şikayət edəcəm”-deyə xalq artisti qeyd edib.
Anar RÜSTƏMOV