Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Avroviziya-2012” ilə bağlı maliyyələşdirdiyi QHT layihələrinin yekunlarına həsr olunmuş toplantı keçirib.
Toplantını Şura sədri Azay Quliyev açaraq, bütün Avropa mədəniyyəti və ölkəmiz üçün böyük əhəmiyyət daşıyan “Avroviziya-2012” Mahnı Müsabiqəsinin Azərbaycanda uğurla keçməsində Prezident İlham Əliyevin və təşkilat komitəsinin sədri Mehriban Əliyevanın böyük zəhməti olduğunu diqqətə çatdırıb. A.Quliyev bildirib ki, “Avroviziya-2012” Mahnı Müsabiqəsi çərçivəsində həyata keçirilən tədbirlərə ictimai dəstəyin verilməsi üçün Şura maliyyələşdirdiyi layihələrə 50000 manata yaxın vəsait ayırıb. Layihələrin həyata keçdiyini vurğulayan Şura sədri həm də QHT-lərin belə tədbirlərdə qazandığı təcrübənin qiymətli olduğunu qeyd edib.