Modern.az

Fizika İnstitutunun alimləri Rüstəm İbrahimbəyova cavab verdilər

Fizika İnstitutunun alimləri Rüstəm İbrahimbəyova cavab verdilər

Aktual

31 May 2012, 18:30

Məşhur yazıçı Rüstəm İbrahimbəyovun “Zerkalo” qəzetinin 19 may 2012-ci il tarixli sayında dərc olunmuş Azərbaycan tədqiqatçılarının elmi fəaliyyəti barədəki yazısı bəzi gənc alimlərin narazılığına səbəb olub.

Sözügedən məqalədə bildirilib ki, Azərbaycanda hər 1000 nəfər tədqiqatçıya ildə 9 ədəd elmi məqalə dərc olunur.
R.İbrahimbəyovun elm adamları barəsində söylədiyi fikirlə AMEA-nın Fizika İnstitutunun əməkdaşları razalaşmayıb və Gənc Alimlər Şurasına (GAŞ) bu məlumatı reallıqla müqayisə etmək tapşırılıb. Bu barədə Modern.az-a Gənc Alimlər Şurasından məlumat verilib.
Azərbaycanda tədqiqatçılar və elmi-tədqiqat işləri əsasən AMEA və onun koordinatorluq etdiyi müvafiq universitetlərdə icra olunduğundan GAŞ həmin məlumatı bu müəssisələrin timsalında yoxlamağı lazım bilib.

”Aydınlaşdırıldı ki, Azərbaycan MEA-nın Fizika–Riyaziyyat və Texnika Elmləri (FRTE) bölməsidə (Fizika, Riyaziyyat və Mexanika, Kibernetika, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları institutları və Şamaxı Astrofizika Rəsədxanası) 2011-ci ildə 1085 elmi işçi çalışıb. 2011-ci ildə həmin elmi işçilər tərəfindən müxtəlif elmi jurnallarda 1112 məqalə dərc olunub. Bu məqalələrdən 534-ü qabaqcıl xarici ölkələrdə nəşr olunan jurnallarda, o cümlədən, 294-ü Science Citation İndexli (SCI) yüksək reytiqli jurnallarda dərc olunub. Bundan əlavə, FRTE bölməsi institutlarının əməmkdaşları 2011-ci ildə 364 Beynəlxalq və Respublika konfranslarının (bunlardan 157-si xarici ölkələrdə) məruzə ilə iştirakçısı olub, həmin konfransların toplularında 174 məqalə (71-i xarici ölkələrdə) və 364 tezis (157-si xarici ölkələrdə) dərc etdiriblər. Xüsusi qeyd etmək lazımdır ki, məqalələrin bir neçəsi Yaponiya, Fransa, ABŞ, Rusiya, Almaniya, Belçika və s. ölkələrin qabaqcıl elmi mərkəzləri ilə birgə dərc edilib.
Göründüyü kimi, 2011-ci ildə FRTE bölməsi İnstitutları üzrə hər tədqiqatçıya 1,1 jurnal məqaləsi və 0,5 konfrans toplularıhda dərc olunan məqalə və ya tezis düşür”-deyə Gənc Alimlər Şurasından bildirilib.

Şura qeyd edib ki, bu real rəqəmlər R.İbrahimbəyovun göstərdiyi rəqəmlərdən 100 dəfələrlə çox olub, qabaqcıl (məs. onun göstərdiyi İtaliya) ölkələrin səviyyəsinə yaxınlaşır.
Şura bəyan edib ki, Azərbaycan MEA-nın digər bölmələrində və universitetlərdə də vəziyyət təqribən FRTE bölməsində olduğu kimidir. 

“Biz hesab edirik ki, hörmətli yazıçının məqalələri gənclərimizdə istər-istəməz yolverilə bilməyən özünəinamsızlığı inkişaf etdirə bilər”-deyə AMEA Fizika İnstitutunun Gənc Alimlər Şurası adından Ələkbərov Rəhim İbad oğlu, Hüseynov Hüseyn Cəlil oğlu, Alıyev Yusif İmrayıl oğlu, Xəlilova Xuraman Nüsrət qızı, Əliyeva Şəhla Nurəddin qızı, Eyyubov Qurban Yusif oğlu bildirib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı