Modern.az

Bakıda “Son zəng” günü hansı məktəbə xəbərdarlıq edildi?

Bakıda “Son zəng” günü hansı məktəbə xəbərdarlıq edildi?

Aktual

1 İyun 2012, 13:55

“Dünən Bakı ümumtəhsil məktəblərində keçirilən “Son zəng”lə bağlı heç bir problem olmayıb”. Bu sözləri Modern.az saytına açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı deyib.

“Allaha şükür dünən heç bir problem olmadan ümumtəhsil məktəblərində “Son zəng” tədbirini keçirdik. 3 saatlıq tədbir normal şəkildə təşkil edilmişdi. Bu müddətdə heç bir xəbardarlıq daxil olmayıb. Ümumtəhsil məktəblərində “Son zəng”in təşkili ilə bağlı təhlükəsizlik də yüksək şəkildə təşkil edilmişdi”.

Sabah Bakının 11-ci sinif şagirdlərinin, iyunun 3-də isə 9-cu sinif şagirdlərinin imtahan verəcəyini deyən Z.Əliqızı onlardan uğur gözlədiklərini vurğulayıb.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı