“Azərbaycanda dini durmula bağlı spesifik problemlər var. Ən böyük təhlükə dini zəminin ayrı-ayrı dövlətlər tərəfindən siyasi maraqları naminə istifadə olunması cəhdləridir”
Modern.az-ın məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında bildirib. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda bütün sahələrdə olduğu kimi dini durum sahəsində də müsbət irəliləyişlər var:
"Bu hal son zamanlar daha artıb. Azərbaycan dövləti ayrı-ayrı ölkələrin getdiyi yola hörmətlə yanaşır. Biz eyni hörməti Azərbaycandakı dinin dövlətdən ayrı olması modelinə də olunmasını tələb edirik. Azərbaycanda bütün sahələrdə olduğu kimi dini durum sahəsində də müsbət irəliləyişlər var”
E.İskəndərov qeyd edib ki, , Azərbaycanın dini siyasəti dövlətçiliyi möhkəmlətmək istiqamətində qurulub.
"Azərbaycan müstəqillik qazanandan xarici dövlətlər bu siyasəti pozmaq sahəsində bir iş görə bilməyiblər və bilməyəcəklər. Ona görə də bu siyasətdən əl çəkmək ən yaxşı yoldur.
Dini icmalar və dindarlar inkişaf edən iqtisadiyyatı, sosial vəziyyəti günü-gündən yaxşılaşan Azərbaycanda yaşayırlar"-deyə komitə sədri vurğulayıb.
E.İskəndərov daha sonra paytaxtda yeni Bakı Böyük Məscidinin tikiləcəyini vurğulayıb. Onun sözlərinə görə, artıb bu istiqamətdə Türkiyə tərəfi ilə danışıqlar aparılır.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə olan layihə Türkiyə və Azərbaycan qardaşlığının rəmzidir.
“Türkiyə tərəfindən bu təşəbbüs böyük minnətdarlıq hissi ilə qarşılanıb. Hal-hazırda prezidentin tapşırığı ilə məscid üçün ərazi ayrılıb. Məscidin tikintisi ilə bağlı texniki layihələndirmə işi tamamlanmaq üzrədir. Yaxın zamanda məscidin tikintisinə başlanacaq. Məscidin Bakı ərazisində olacağı gözlənilir”.
Modern.az