Modern.az

Qənirə Paşayeva Yunanıstana gedib

Qənirə Paşayeva Yunanıstana gedib

Aktual

2 İyun 2012, 16:38

Millət vəkili, Azərbaycanın AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva Yunanıstanın paytaxtı Afinada keçiriləcək Dünya Qadın Sammitində iştirak və çıxış edəcək.

Sammit çərçivəsində millət vəkilinin müxtəlif  ölkələrin bəzi rəsmi şəxsləri, tanınmış qeyri-hökumət təşkilatları, mətbuat və media nümayəndələri ilə görüşləri də olacaq. Dünyanın 80 ölkəsindən 1 000-dən artıq nümayəndənin iştirakı ilə keçiriləcək sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası,  qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə ediləcək.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı