Modern.az

Bəxtiyar Hacıyev azadlığa buraxıldı

Bəxtiyar Hacıyev azadlığa buraxıldı

Aktual

4 İyun 2012, 11:43

Bir neçə müddətdir həbsdə olan deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev bu gün azadlığa buraxılıb. Bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu  Modern.az-a  məlumat verib.

İyunun 4-də Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılıb. Məhkəmə B. Hacıyevin cəzasının 1/2 hissəsini çəkdiyini nəzərə alaraq apellyasiya şikayəti təmin edib.

N.Cəfəroğlu deyib ki, bu gün həmçinin 2 aprel mitinqində həbs olunan vicdan məhbuslarından 3 nəfər də azad olunacaq.

Harvard Universitetinin məzunu, gənc fəal Bəxtiyar Haciyev azadlığa buraxılması üçün bir neçə gün öncə Prezident İlham Əliyevə müraciət etmişdi.

2011-ci il martın 4-də həbs olunan B.Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum olunub. O, artıq cəzasının 2/1 hissəsini çəkib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı